Srebrenitsa qətliamında hollandiyalı sülhməramlılar təqsirli bilinib

Hollandiya məhkəməsi Srebrenitsa qətliamı zamanı 300 bosniyalı müsəlmanın ölümündə hollandiyalı sülhməramlıların məsuliyyət daşıdığı barədə qərar çıxarıb. Hollandiyada qətliam qurbanlarının qohumlarının yaratdığı “Srebrenitsa Anaları” təşkilatının iddiası əsasında başladılan məhkəmənin sonunda çıxarılan qərarda bildirilir ki, 1995-ci ilin iyul ayında Bosniyada vətəndaş müharibəsi zamanı törədilmiş Srebrenitsa qətliamında 300-dən çox bosniyalı müsəlmanın ölümünə görə hollandiyalı sülhməramlılar da məsuliyyət daşıyır.

 

Qərarda qeyd olunur ki, Serb ordusu şəhəri mühasirəyə alarkən hollandiyalı sülhməramlılar tərəfindən bosniyalı müsəlmanların müdafiəsi uğursuzluğa düçar olub və Hollandiya Sülhməramlı Qüvvələrinin Potoçaridəki bazasına sığınan 300 bosniyalı müsəlman serblərə qaytarılıb. Serb ordusu isə onları qətlə yetirib.

 

Məhkəmənin qərarına görə, Hollandiya hökuməti baş verənlərlə bağlı məsuliyyətin müəyyən hissəsini öz üzərinə götürməli və 300 qurbanın ailəsinə kompensasiya ödəməlidir.

 

Srebrenitsa İkinci Dünya müharibəsindən sonra Avropada törədilən ən qanlı qırğın hesab olunur.

 

Müəllif | Apa.Tv
Apa.tv