Bakıda zəncirvari yol qəzası: yaralananlar var
Bakıda zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Füzuli Mahmudov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə işıqforun qırmızı işığında hərəkətini davam etidirb, nəticədə Rafiq Məmmədovun idarə etdiyi VAZ-21099 markalı avtomobillə toqquşub. Səməd Vurğun və Hənifə Ələsgərov küçələrinin kəsişməsində hərəkətdə olan “Toyota Prado” markalı avtomobilin sürücüsü isə idarətməni itirib, nəticədə avtomobil qəzaya uğrayan maşınlara çırpılıb.
Qəza nəticəsində VAZ-21099-un sərnişinləri - 62 yaşlı Ofeliya Məmmədova, 64 yaşlı Natella Yusifova və sürücü Rafiq Məmmədov xəsarət alaraq Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. Sürücünün vəziyyəti ağır olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.