Adil Mirseyid vəfat edib
Bu gün səhər saatlarında şair-rəssam Adil Mirseyid uzun sürən xəstəlikdən sonra vəfat edib. APA TV-nin xəbərinə görə, bu barədə AYB-in mətbuat xidmətinin rəhbəri Xəyal Rza öz facebbook səhifəsində yazıb.
Adil Mirseyid qaraciyər serrozu xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləyib (1975-1978). Sonra Bakıda müxtəlif vəzifələrdə çalışıb (1978-1983). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində iki il redaktor vəzifələrində çalışıb (1992-1993).
Allah rəhmət eləsin.