Hacıqabulda yol-tikinti işlərini həyata keçirən şirkətin 2 maşını toqquşdu

Bakı-Qazax yolunun Hacıqabul rayonun Muğan qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, yol-tikinti işlərini həyata keçirən "Polad" AŞ şirkətinə məxsus qaldırıcı betonvuran "Shagman" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomabilin sürücüsü - Fizuli rayon sakini 1971-ci il təvəllüdlü Ocaqverdiyev Nazim Teymur oğlu və Ucar rayon sakini, 1994-cü il təvəllüdlü Məmmədov Rüfət Yaqub oğlu ağır bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdiriliblər.

 

Avtoqəza həm də magistral yolda bir müddət tıxaca səbəb olub.

Faktla bağlı BDYP idarəsinin istintaq şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı