Gəncədə maşın 6 yaşlı uşağı vurub öldürdü

Gəncədə 6 yaşlı uşağın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsində APA TV-yə verilən məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində 10 nömrəli məktəbin qarşısında  baş verib. Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Fərman Abdullayev “VAZ 2107” markalı avtomobillə prospektlə hərəkətdə olarkən, qəfildən yola qaçan 2008-ci il təvəllüdlü Şəmil Rəşad oğlu Həsənovu vurub. Uşaq dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb.Həkimlərin səyinə baxmayaraq uşaq xəstəxanda  dünyasını dəyişib.Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayyət işi açlılb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli