22 yaşlı gənc naməlum şəraitdə bıçaqlanıb

Balakəndə 22 yaşlı gənc nəməlum şəraitdə bıçaqlanıb.  APA TV-nin məlumatına görə, hadisə iyul ayının 16-sı axşam saatlarında Balakən şəhəri ərazisində baş verib. 1992-ci il təvəllüdlü, Balakən şəhər sakini Əmrah Məhəmməd oğlu Abdullayev  aşağı ətrafı, sağ bud nahiyyəsinin kəsilmiş və deşilmiş yarası ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Hadisə ilə bağlı Balakən rayon  Polis Şöbəsindən APA TV-yə  verilən məlumatda  Əmrah Abdullayevin bıçaqlanması faktı təsdiqlənib. Polis Şöbəsindən bildirilib ki, fakla bağlı cinayət işi qaldırılıb, Əmrah Abdullayevin kim və hansı şəraitdə bıçaqlanması araşdırılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov