Şahin Sultanovun həbs müddəti uzadılıb

Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib.

 

HDQ-də aparılan yoxlamalar zamanı aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində saxlanılıb.

Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı