17 yaşlı qız dərmandan zəhərlənib

Zaqatalada 17 yaşlı qız dərmandan zəhərlənib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA TV-yə  verilən məlumata görə, rayonun Danaçı kənd sakini, 17 yaşlı Məleykə Abakova halsız vəziyyətdə xəstəxananın qəbul şöbəsinə daxil olub. Həkim araşdırmasından sonra məlum olub ki, 17 yaşlı Məleykə Abakova yüksək dozada dərman içdikdən sonra zəhərlənib.

 

"Təyin olunmuş dərmanı həddindən artıq qəbul etdiyi üçün ağır vəziyyətdə dərman zəhərlənməsi ilə qəbul olunub. Göstərilən yardımdan sonra səhərə yaxın vəziyyəti stabilləşib. Hazırda yaxşıdır. Xəstə terapiya şöbəsinə köçürüləcək".

 

Məleykə Abakovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov