Səbail RİH-də jurnalistlərlə görüş keçirilib

Milli Mətbuat günü ərəfəsində Səbail rayon İcra Hakimiyyətində jurnalistlərlə  görüş keçirilib. APA TV-nin xəbərinə görə, görüşdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu il artıq 139 illiyini qeyd edilən Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Onun sözlərinə görə, mətbuat mütərəqqi ənənələri formalaşdıraraq, cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib. Azərbaycanda bu gün medianın inkişafı üçün hər cür şərait yaradılıb. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov kütləvi informasiya vasitələri nümayəndələrinin işi, qəzet və elektron informasiya vasitələrinin bu cəmiyyətdəki rolu, dövlət tərəfindəni onlara göstərilən qayğı barədə məlumat verib. O, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışıb. Tədbirdə Səbail rayon İcra Hakimiyyəti və KİVDF ilə birgə yeni fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi qərara alınıb. Sonda Milli Mətbuat günü münasibətilə 60-dan çox KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələri təqdim olunub.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova