Ukraynada sərnişin təyyarəsi vurulub: 295 ölü

Ukraynanın Donetsk vilayətində Boeing-777 sərnişin təyyarəsi vurulub.

APA TV-nin məluamtına görə, vurulan təyyarədə 280 sərnişin və 15 ekipaj üzvü olub. Amsterdam - Kuala-Lumpur reysini yerinə yetirən təyyarə Torez yaşayış məntəqəsi üzərində olarkən "Buk" zenit raket kompleksi ilə vurulub. Nəticədə 295 nəfər həlak olub.  Ukraynanın daxili işlər nazirinin  müşaviri Anton Qeraşşenko təyyarənin seperatçılar tərəfindən vurulduğunu iddia edib. Seperatçılar isə, təyyarənin Ukrayna ordusunun antiterror əməliyyatı nəticəsində vurulduğunu bildiriblər. Ukrayan prezidenti Petro Poreşonko isə, təyyarənin Rusiya tərəfdarı olan seperatçılar tərəfində vurulduğunu qeyd edib.

Hadisə yerindən  100 cəsəd çıxarılıb. Digər cəsədlər ətarafa səpələndiyindən axtarışlar davam etdirilir. Əraizyə çoxlu sayda yanğınsöndürən briqadaları və təcili yardım maşınları cəlb olunub.

 

 

Müəllif | Apa.Tv