20 yaşlı Goranboy sakini çayda boğulub

Goranboy sakini Göygöl rayonunda çayda boğulub. Göygöl Rayon Polis Şöbəsindən APA TV-nin Qərb bürosuna verilən məlumata görə, Goranboy rayon Gürzalılar kənd sakini, 20 yaşlı Hüseynov Asiman Teyyub oğlu rayon mərkəzində - Gəncə çayında çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli