Nəsimi rayonunda “Mercedes”lə “Lexus” toqquşub

Bakının Nəsimi rayonunda yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Azadlıq və Bakıxanov prospektlərinin kəsişməsində qeydə alınıb. Elnur Məmmədovun idarə etdiyi “Mercedes” Yalçın Abidovun idaə etdiyi “Lexus”la toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan araşdırma zamanı məlum olub ki, qəzaya “Lexsus”un qırmızı işıqda keçməsi səbəb olub. Qəza ilə bağlı tıxac yarandığından avtomobillər hadisə yerindən evakuasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv