Eyni ailənin 4 üzvü oğurluğa görə tutulub

Saatlıda mal-qara oğruluğu ilə məşğul olan qohumlar yaxalanıb. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, rayonun Dəllər kənd sakini Rəşid Əmiraslanov polisə müraciət edərək bir baş iribuynuzlu heyvanının oğurlandığını bildirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən şəxslər Saatlı rayon sakini Elsəvən Həkimov, qardaşı Sahil Həkimov, yetkinlik yaşına çatmayan oğlu Əleykə Həkimov və dayısı oğlu Elməddin Abdullayev  polis tərəfindən saxlanılıb.

 

İstintaq zamanı müəyyən olunub ki, saxlanılanlar may və iyul aylarında  8 oğurluq hadisəsi törədiblər. Onlar əsasən, Araz çayı boyunca örüş  sahələrində nəzarətsiz qalan heyvanları oğurlayıblar. Faktla bağlı  Saatlı rayon polis şöbəsində cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı