“Mercedes” “Nissan” və “VAZ 2107”-yə çırpıldı: 1 ölü, 3 yaralı

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolununun 1-ci km-də qeydə alınıb. Xaçmaz rayonu, Xudat şəhər sakini 42 yaşlı Xudayev İbrahim Murad oğlunun idarə etdiyi “Mercedes” markalı avtomaşın  Bakı şəhər sakini Şakir Əhmədzadənin idarə etdiyi“Nissan” markalı maşına, daha sonra isə Xaçmaz rayon sakini 1967-ci il təvəllüdlü Şirinbala Əmirkişiyevin idarə etdiyi “VAZ 2107”-ə çırpılıb.

 

Qəza nəticəsində “Mercedesin” sürücüsü hadisə yerində ölüb. “Nissan”da olan 3 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 1996-cı il təvəllüdlü Şamil Əhmədzadə, 1968-ci il təvəllüdlü Yasəmən Əhmədzadə və 1975-ci il təvəllüdlü Esmira Hacıyeva daha sonra müalicə üçün evə buraxılıb.

 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan