AZƏRBAYCANDA İLK: sümük iliyinin transplantasiyası əməliyyatı keçirildi

Azərbaycanda ilk dəfə olaraq, sümük iliyinin transplantasiyası əməliyyatı həyata keçirilib. Respublika Talassemiya Mərkəzində qohum donorlardan götürülən sümük iliyi  üç xəstəyə köçürülüb və əməliyyat uğurla başa çatıb. Bu mürəkkəb əməliyyatları Talassemiya Mərkəzində yerli mütəxəssislər belaruslu həmkarlarınının dəstəyi ilə həyata keçirib. Hazırda hər üç xəstənin vəziyyəti qənaətbəxşdir və evə yazılmaq ərəfəsindədir. APA TV-nin xəbərinə görə, Respublika Talassemiya Mərkəzinin direktoru Rauf Rzayev deyib ki, Belarus sümük iliyi transplantasiyası ilə bağlı böyük uğurlar əldə edən ölkə kimi tanınır.

 

O bildirib ki, hazırda talassemiya xəstələri içərisində bu əməliyyata ehtiyacı olan kifayət

Sümük İliyi Transplantasiya şöbəsinin müdiri Nərgiz Əliyeva isə deyib ki, hal-hazırda yeni 10 nəfər tam siyahıya götürülüb. Müayinədən sonra qərar veriləcək ki, onlara transplantasiya lazımdır ya yox. 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova