Sabahdan hava sərinləyəcək

    

Sabahdan başlayaraq Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, belə hava şəraiti 3 gün ərzində davam edəcək. İyulun 20-dən isə havanın temperaturu 3-5 dərəcə düşəcək. İyulun 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 33-38 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraitinin müşahidə olunacağı, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv