YAP-da “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa keçirilib

Yeni Azərbaycan Partiyasında (YAP ) Mətbuat və ictimai əlaqələr komissiyasının “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa keçirilib. APA TV-nin xəbərinə görə, YAP-ın Mətbuat və ictimai əlaqələr komissiyasının sədri Nizami Xudiyev bildirib ki, Azərbaycanda mətbuat XIX əsrdə yaranmış olsa da, onun xüsusi sahə kimi dövlətçiliyə xidmət etməsi XX əsrin axırlarından reallaşmağa, həqiqətə çevrilməyə başlayıb.

 

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli isə bildirib ki, milli mətbuatın 139 illik tarixi var və o, mühüm inkişaf yolu keçib. Onun sözlərinə görə, mətbuatın inkişafına hər zaman dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilib

 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə ölkə mətbuatının inkişafı və keçdiyi yol barədə ətraflı danışıb.

 

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı