Kürün üzərindən keçən körpü bağlanıb


Təmir işləri ilə əlaqədar Hacıqabul-Bəhrəmtəpə yolunun 9-cu kilometrliyində yerləşən körpü avtomobillər üçün bağlanıb. “Azəryolservis”ASC-dən APA TV-nin Mil-Muğan bürosuna bildirilib ki,  Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 9-cu kilometrliyində, Şirvan şəhəri ərazisində Kür çayı üzərində yeni körpünün tikintisinin son tamamlanma işləri ilə əlaqədar yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. İşlərin keyfiyyətli aparılması üçün köhnə körpünün bağlanmasına qərar verilib. Yeni salınan körpünün yanaşma yollarında aşınma qatı vurulduğundan qeyd edilən hissədə hərəkət iyulun 18-dən 20-nə kimi bağlı olacaq. Sürücülərdən alternativ yoldan istifadə etmələri tövsiyə edilir.

Müəllif | Apa.Tv
Apa.tv