Rusiyada azərbaycanlıları daşıyan mikroavtobus qəzaya uğradı: 5 yaralı

Rusiyanın Stavropol diyarı ərazisində yol-nəqliyyat hadisəsində Azərbaycan vətəndaşları xəsarət alıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Mercedes” markalı mikroavtobusun “VAZ 2113” markalı minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Mikroavtobusla toqquşan "Jiquli"dəki iki nəfərin vəziyyəti ağırdır. Mikroavtobusda xəsarət alan 6 nəfərdən biri sürücü, digərləri mikroavtobusun sərnişinləri olub. Onların hamısı Azərbaycan vətəndaşıdır. Yaralanan şəxslərin kimliyi məlum olub.  Xəsarət alan Azərbaycan vətəndaşları - Əliquliyev Sərəddin Amir oğlu, Qurbanova Urbiyyə Zülfüqar qızı, Rüstəmli Əsədulla Bəhlul oğlu, İbadlı Xamir Ehtiram oğlu, Abışov Rəis Baloğlan oğlu. Yaralılar Georgiyevsk Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv