Aran bölgəsində iribuynuzlu hevanlar arasında naməlum xəstəlik yayılıb

Aran bölgəsində iribuynuzlu hevanlar arasında naməlum xəstəlik yayılıb. Bu barədə APA TV-yə sakinlər xəbər veriblər.

Xəstəlik 8 gün öncə aşkarlanıb, ümumilikdə 12 baş heyvanda qeydə alınıb.

Rayon Baytarlıq İdarəsi ərazi inzibati üzrə Əlikənd, Ramal və Şahlıq kəndlərində dezinfeksiya işləri aparıb, kəndlərdə nəzarət gücləndirilib. Mal-qara satışı və kəsiminə icazə verilmir. Ağartıdan isdifadə qadağan olunub.

 

Ucar rayon Baytarlıq İdarəsinin rəis müavini Mərdan Xəlilov deyib ki, xəstəlik qəfil üzə çıxıb: "Xəstəliyin diaqnozu qoyulmayıb. Xəstəlik genişlənməyib. Bütün baytar sahə həkimlərinin köməkliyi ilə bütün həyətyanı sahələr, mal-qaralar dezinfeksiya edilir".

 

Tədblər davam etdirilir. 

Müəllif | Apa.Tv
Zahid Abışov