Ukrayna ordusu Luqanska girdi

Ukrayna ordusu Luqansk şəhərinin bir hissəsini separatçılardan azad edib. APA TV-nin Ukrayna KİV-inə istinadən verdiyi məlumata görə, şəhər uğrunda döyüşlərdə yerli separatçıların liderlərindən biri Aleksey Sokol məhv edilib.

 

Ukraynanın müdafiə naziri, general-polkovnik Valeri Geletey ölkə prezidenti Petro Poroşenkoya Luqansk şəhərinin cənub-şərq hissəsinin ordunun nəzarətinə keçdiyini məruzə edib. Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumatda, həmçinin, Luqansk aeroportunun azad edildiyi qeyd olunub.

 

Ukrayna Silahlı Qüvvələri ölkənin yaşayış məntəqələrinin terrorçulardan azad olunması istiqamətində əməliyyatları davam etdirir. 

 

Qeyd edək ki, iyulun 18-də Luqansk şəhər şurasının mətbuat xidməti məlumat yaymışdı ki, son sutka ərzində şəhərdə 44 nəfər ölüb.

 

Müəllif | Apa.Tv