Qəzzadan 11 Azərbaycan vətəndaşı təxliyə edilib

Qəzza bölgəsində yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın Misirdəki səfirliyinin səyləri ilə bu bölgədən 11 Azərbaycan vətəndaşı təxliyə edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təxliyə prosesi Xarici İşlər Nazirliyi ilə əlaqələndirilmiş şəkildə həyata keçirilib. Təxliyə edilmiş vətəndaşlar hal-hazırda Azərbaycandadır. 

 

 

Müəllif | Apa.Tv
Apa.tv