Əməkdar artist Azər Mirzəyev vəfat edib.

Azərbaycanın əməkdar artisti Azər Mirzəyev uzun sürən xəstəlikdən sonra vəfat edib. Mərhum ürək xəstəliyindən əziyyət çəkib.

 

APA TV-nin xəbərinə görə, Azər Əlibala oğlu Mirzəyev 1952-ci il may ayının 12-də Sabirabad rayonunda müəllim ailəsində anadan olub. 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında “Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.

 

1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub.

 

1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilən Azər Mirzəyev bu günədək həmin teatrın səhnəsində neçə-neçə gözəl obraz yaradıb.

 

Qeyd edək ki, Azər Mirzəyev Nekroloq (film, 2001), Qeybdən gələn səs (film, 2002),Yaşıl eynəkli adam-3 (film, 2002)-Rəis, Dəvətnamə (film, 2003),Yol yoldaşları (film, 2003), Mükafat (film, 2004),Böyük ömrün davamı (film, 2007),Mürafiə vəkillərinin hekayəti (film, 2011), Sübhün səfiri (film, 2012)kimi filmlərdə müxtəlif rollarda iştirak edib.

 

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv
Apa.tv