AYB-nin katibi vəfat edib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Arif Əmrahoğlu vəfat edib. APA TV-nin məlumatına görə, Arif Əmrahoğlu bu gün səhər müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib.

 

Qeyd edək ki, Arif Əmrahoğlu 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. O, “Nəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü” və sair kitabların müəllifidir. Ədəbiyyatşünas alim A. P. Çexovun Azərbaycan dilində nəşr olunan üçcildlik “Seçilmiş əsərləri”nin, Moskvada rus dilində nəşr olunan M.F. Axundovun “Seçilmiş əsərləri”nin tərtibçisidir. Arif Əmrahoğlu uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.   


 

 

Müəllif | Apa.Tv
Apa.tv