Cəbhə xəttində atışmalar davam edir

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi 34 dəfə pozulub.

APA TV-nin məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutublar. Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri həmçinin Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. 

 

Müəllif | Apa.Tv
Apa.tv