Ərdoğan: “Sərnişin təyyarəsini Rusiya vurub”

“Malayziyanın sərnişin təyyarəsi Rusiya tərəfindən vurulub”.

Türkiyənin «Hürriyet» qəzetinin yaydığı məlumata görə, bu bəyanatla Bursada seçicilər qarşısında çıxışında Türkiyə prezidentliyinə namizəd, baş nazir Rəcəp Tayyip Ərdoğan deyib.

 

R. T. Ərdoğan bildirib ki, Malayziyaya məxsus sərnişin təyyarəsi Rusiya tərəfindən Ukraynanın hava sahəsində raketlə vurularaq salınıb: «Nə vardı bu təyyarədə? Hollandiyadan Malayziyaya uçan təyyarə Ukrayna hava sahəsində vurulur. Bu necə yanaşmadır, bu necə anlayışdır? Bəs dünyada sülh üçün çalışacaqdıq?”

 

Qeyd edək ki, Hollandiyadan Malayziyaya uçan sərnişin təyyarəsi iyulun 17-də Ukraynanın Donetsk vilayəti üzərində vurulub. Təyyarədə olan 285 nəfərin hamısı həlak olub. 

 

Müəllif | Apa.Tv
Apa.tv