Gənc yeznə-baldız özlərini meşədə asıb - SAATLIDA DƏHŞƏTLİ İNTİHAR

Azərbaycanda iki qohum intihar edib. Saatlı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Məmmədabad kəndində qeydə alınıb. Kənd sakinləri, 1997-ci il təvəllüdlü Şəfəq Əlişad qızı Ağaşova və 1993-cü il təvəllüdlü Mürşüd Cümşüd oğlu Askanov meşədə özlərini ağacdan asıblar.

Polisdən M. Askanovun Ş. Ağaşovanın böyük bacısının əri olduğu bildirilib.

İntihar edən şəxslər arasında sevgi münasibətləri olduğu ehtimal edilir.

Müəllif | Apa.Tv
Apa.tv