Sabirabadda 20 yaşlı gəlin evində diri-diri yandı

Sabirabadda gənc qadın faciəli şəkildə ölüb. APA TV-nin xəbərinə görə, hadisə rayonun Zalqarağac kəndində qeydə alınıb. 1987-ci təvəllüdlü  Hacıyeva Aynurə Şəmsəddin qızına məxsus evdə yanqin baş verib. Hadisə yerinə Sabirabad YMX-nın 2 yanqinsöndürən avtomobili cəlb olunub. Yanğını söndürüldükdən sonra evdə həmin evin gəlini, 1994-cü il təvəllüdlü Hacıyeva Nazlı Sahib qızının yanmış meyiti aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı