Dəyişkən hava şəraiti bizə necə təsir edir?

Son vaxtlar həftə sonları havalar küləkli keçir. Elə buna görə də, dənizə getmək istəyən sakinlər istirahətlərini məcburən başqa yerlərdə keçirir. Kimi bağda, kimi bölgələrdə, kimi isə elə paytaxt parklarında. Paytaxt sakinləri bununla bağlı APA TV-yə danışıblar.

 

"Həftə sonu gəlirəm parka dincəlirik. Domino oynayırıq, dama oynayırıq. Günümüzü keçirik. 80 yaşım var. Qışın qış vaxtı var, yazın yaz vaxtı var. Küləkli daha da yaxşıdır.  Çox ölkələrdə istirahət eləmişəm. Moskvada , Kiyevdə,  Minskdə. 93-cü ildən bəri başqa ölkələrə getməmişəm. Ancaq öz istirahət zonalarımıza getmişəm. İşdə oluram istirahətə heç vaxt olmur. Dənizdə istirahət etməyi sevirəm. Qubada, Qəbələdə, Nabranda dincəlmişik. Yaxşıdır, sərindir, uşaqları çıxarırıq parka. Külək oldu, girib evdə otururam. Hava küləkli olanda istirahətimizə mane olur. Gedəcəyəm Ordubada dincəlməyə. Türkiyədə dincəlməyi daha çox sevirəm".

 

Havaların gah küləkli, gah da yüksək temperatur təşkil etməsi bəzi sakinlərdə narahatlıq yaradır.

 

"Bir az ürək sıxıntıları olur. Mən özümü yaxşı hiss edirəm, amma yoldaşımın təzyiqi qalxır. Özünü çox pis hiss edir. Belə havada çox narahatlıq hiss edirik. Mən istidə özümü yaxşı hiss edirəm".  

 

Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev isə  bildirib ki, bu il temperatur iqlim normasından bir qədər yüksəkdir. Amma buna baxmayaraq bu hava şəraiti anomal sayılmır. Ən yüksək temperatura isə  2010 -2011-ci illərdə təsadüf olunub ki, bu illərdə havanın temperaturu 40 dərəcə təşkil edib. Onun sözlərinə görə, yaxın günlərdə temperatur aşağı düşəcək bu da metohəssas insanlar üçün əlverişlidir.   

Müəllif | Apa.Tv
Almaz Qasımova