Sərhədçilərimiz Heydər Əliyev və İlham Əliyev zirvələrinə yürüş ediblər

Sərhəd Qoşunlarının yaranmasının 95-ci ildönümü münasibətilə Heydər Əliyev və İlham Əliyev zirvələrinə təşkil edilən yürüş başa çatıb. APA TV-nin xəbərinə görə, Sərhəd Qoşunlarının xüsusi təyinatlı zabitlərindən ibarət 13 nəfərdən ibarət qrupu Xınalıq kəndindən başlayaraq, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsinədək qalxıb. Ulu Öndər Heydər Əliyevin zirvədəki barelyefi önünə gül dəstələri qoyulub. Zirvəyə Azərbaycanın Dövlət Bayrağı və Sərhəd Qoşunlarının Döyüş Bayrağı sancılıb.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Sərhədçilərin digər qrupu isə eyni vaxtda dəniz səviyyəsindən 4042 metr yüksəklikdə yerləşən İlham Əliyev zirvəsinə qalxıb.
Hər iki yürüşdə bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak edib.Yürüşlərin hər ikisi uğurla başa çatıb.

Müəllif | Apa.Tv
Vəli Turan