Həbsdə olan teleaparıcı İlham Mirzəyev xəstəxanaya yerləşdirilib

Həbsdə olan teleaparıcı İlham Mirzəyev xəstəxanaya yerləşdirilib. Bu barədə APA-ya vəkil Adəm Məmmədov məlumat verib. A. Məmmədovun sözlərinə görə, İ. Mirzəyev saxlanıldığı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsinə yerləşdirilib: «Son günlər İlham Mirzəyevin xəstəliklə əlaqədar olaraq vəziyyəti pisləşib. Ayaqları tutulub, yeriyə bilmir. Vəziyyəti pis olduğuna görə həkimlər onu tibb məntəqəsinə yerləşdiriblər» - deyə o bildirib.

 

Qeyd edək ki, İ. Mirzəyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) təqsirləndirilir. 

Müəllif | Apa.Tv
Apa.tv