Ağdaşda yoluxucu xəstəlik heyvan bazarına mənfi təsir edib

Ağdaş rayonunda iribuynuzlu heyvanlar arasında yayılan yoluxucu xəstəlik heyvan bazarında alış-verişə mənfi təsir edib. Yoluxucu xəstəlik rayonun Hapıtlı kəndindəki mal-qara arasında qeydə alınıb. İlk əvvəl 3 inəyə keçən xəstəlik qısa müddətdə həşəratlar vasitəsilə 50 baş heyvana yoluxub. Dərhal kəndə 4 həkim briqadası cəlb edilib. Mal-qara müayinə olunub və onların dəri xəstəliyi olan noderyal dermatit xəstəliyinə yoluxduğu müəyyən edilib.

 

Rayon baytarlıq idarəsinin həkimləri Ağdaşdakı heyvan bazarında bu xəstəliyin tez-tez reyd keçiri. Satılan mal-qara arasında bu yoluxucu xəstəliyin yayılmaması üçün tədbirlər görülür.

 

 

Qeyd edək ki, hələlik bazarda hansısa xəstəliklə bağlı şübhəli heyvanların satışına rast gəlinməyib. Heyvan bazarına girib-çıxan  bütün maşınlar eləcə də Hapıtlı kəndindəki bütün həyətyanı sahələr, tövlələr dərmanla dezinfeksiya edilir.

Heyvan bazarında olan satıcıların sözlərinə görə, əhali xəstəliklə bağlı təşvişə düşüb və ona görə də son vaxtlar alış-veriş üçün bazara gələnlərin sayı xeyli azalıb.

Hazırda Hapıtılı kəndində karantin elan edilib və heyvanlar arasında yoluxma hallarının artmaması üçün tədbirlər görülür. 

 

 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov