Qəza nəticəsində 1 hərbçimiz ölüb, 3-ü yaralanıb
Azərbaycan ordusunun hərbçiləri qəzaya düşüb. 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb. APA TV-nin məlumatına görə, yaralanan dörd nəfərin hamısı Azərbaycan silahlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbçilərdir. Yaralılar 1992-ci il təvəllüdlü Emin Bəylərov, 1994-cü il təvəllüdlü Nurlan Rəfizadə, 1993-cü il təvəllüdlü Koroğlu Əhlimanlıdır.
Qəza zamanı həlak olan hərbi qulluqçu isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsindən hərbi xidmətə çağırılan 1990-cı il təvəllüdlü Anar Əsgərzadədir.
Yaralılar Ağcabədi ərazisindəki hərbi hospitala yerləşdiriliblər.
Qəzaya uğrayan nəqliyyat vasitəsinin Koroğlu Əhlimanlıya məxsus olduğu bildirilsə də, amma kimin idarə etdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.