"Hafka"nın aldığı Fransa klubu yüksək liqaya buraxılmadı

Fransanın Lans şəhərində bu şəhərin adını daşıyan futbol klubunun yüksək liqaya buraxılmamasına etiraz olaraq nümayiş keçirilib. APA-nın Fransa KİV-lərinin verdiyi məlumata görə, Lans şəhərinin Bolleart-Delelis küçəsinə toplaşan 1000-ə yaxın “Lans” azarkeşi Peşəkar Klublara Nəzarət Komissiyasının klubu yüksək liqaya buraxmamaq qərarına etiraz edibər. Nümayişçilər klubun prezidenti Jerve Martelin istefasını, “Lans”ın əsas səhmdarı olan Hafiz Məmmədovun isə ortaya çıxmasını tələb ediblər. Qeyd edək ki , federasiya “Lans”ın bu mövsüm üçün tərtib edilmiş büdcəsinin peşəkar liqanın maliyyə reqlamentinə uyğun olmadığı üçün klubu yüksək liqaya buraxmayıb. Fransa Futbol Federasiyası bu qərarı qüvvədə saxlayıb. “Lans”ın yüksək liqaya buraxılmamasının səbəbi kimi klubun əsas səhmdarı olan Hafiz Məmmədovun vəd etdiyi 10 milyon avronu hesaba köçürməməsi göstərilib. Hafiz Məmmədov bu ilin may ayında Fransada “Lans”ın yüksək liqada oynaması üçün klubun büdcəsinə 17 milyon avro vəsait verəcəyinə dair sənəd imzalayıb. Lakin nəzərdə tutulan vəsait büdcəyə köcürülməyib. Klubun prezdenti Jerve Martel ilə Hafiz Məmmədovun cox yaxşı münasibətlərinin olduğu bildirilir. Hətta bu ilin fevralında Məmmədovun həmkarını sahibi olduğu "Bakı " FC bazasına dəvət etdiyi və qarşılıqlı əməkdaşlıq sənədlərinə imza atdıqları bildirilir. Vəsaitin nə səbəbdən köcürülməməsini klub prezdenti Jerve Marteldə aydınlıq gətirməyib. Qeyd edək ki , Hafiz Məmmədov Fransa klubu ilə anlaşdığı vaxtlarda İngiltərənin "Sheffield United"in səhmlərini də almışdı. Məmmədovun buna görə qarşı tərəfə 40 - 50 milyon arası avro ödədiyi qeyd olunub.

 

Müəllif | Apa.Tv