Penitensiar xidmətin rəhbərliyində dəyişiklik
Ədliyyə Nazirliyi Penitensiar Xidmətində kadr dəyişikliyi olub. Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakovun APA-ya verdiyi məlumata görə, xidmətin rəisi , ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə Penitensiar Xidmətin Baş İdarəsinin rəis müavini vəzifəsinin icrası ədliyyə polkovnik-leytenantı Rafiq Ramazanova həvalə edilib.
Qeyd edək ki, Rafiq Ramazanov indiyə kimi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tərbiyə işinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.