Ərdoğan İsraili “terror dövləti” adlandırdı

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsraili “terror dövləti” adlandırıb. APA TV-nin məlumatına görə, prezident seçkiləri kampaniyası çərçivəsində Hatay bölgəsinə gedən Ərdoğan oradakı çıxışının əhəmiyyətli hissəsini Qəzza məsələsinə həsr edib. O, dünyanın fövqəldövlətlərini və beynəlxalq təşkilatları Fələstində qan axıdılmasını sükutla qarşılamaqda günahlandırıb:

"İsrail deyilən terror dövləti dünyada sülhü dinamitləyir. Qumsalda oynayan uşaqları vururlar. Ey Amerika, Rusiya, Qərb, hardasan?"

Rəcəb Tayyib Ərdoğan deyib ki, İsrail bir vaxtlar Hitlerin yəhudilərə qarşı etdiklərini bu gün fələstinlilərə qarşı edir:

Qeyd edək ki, İsrailin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Türkiyəyə səfərlərdən çəkinməyə çağırıb. Nazirliyin saytında yerləşdirilən xəbərdarlıqda deyilir ki, bu, Türkiyədə İsrailin Qəzza əməliyyatına qarşı keçirilən aksiyalarla əlaqədardır.

XİN İsrail vətəndaşlarına tövsiyyə edib ki, Türkiyəyə yalnız çox vacib hallarda səfər etsinlər, o zaman isə ehtiyyatlı olsunlar, aksiyalar keçirilən yerlərə getməsinlər.

İsrailin xarici siyasət idarəsi cümə günü Türkiyə ilə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib və Türkiyədəki diplomatlarını geri çağırıb.

Müəllif | Apa.Tv