Bu gün prokuror Orxan Zeynalova cəza istəyəcək

Bu gün Moskva şəhər məhkəməsində Rusiya paytaxtının Biryulyov rayonunda Yeqoy Şerbakovu qətlə yetirməkdə ittiham olunan Orxan Zeynalovun işi üzrə tərəflərin çıxışları olacaq.

 

Prokuror çıxışında Orxan Zeynalov üçün cəza istəyəcək. Daha sonra müdafiə tərəfinə söz veriləcək. Çıxışlardan sonra hakim hökmün elan edilməsi üçün müşavirəyə gedəcək.

 

İstintaqın məlumatına görə, ötən il oktyabrın 10-da sərxoş Orxan Zeynalov 25 yaşlı Yeqor Şerbakovla dalaşıb və onu bıçaqlayıb. Rusiya İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin bildirib ki, Orxan Zeynalov bıçaq xəsarətləri ilə yanaşı, Şerbakova əllə azı 20 zərbə endirilib.

 

Qətl hadisəsi Moskvanın Biryulyov rayonunda kütləvi ixtişaşlara səbəb olmuş, Moskvanın cənubunda yaşayan miqrantlar üçün təhlükə yaranmışdı. Moskva meriyası isə miqrant problemini həll etmək üçün Biryulyovdakı meyvə bazasını bağlamışdı.

 

Hadisədən bir neçə gün sonra Orxan Zeynalov həbs edilmişdi.

Müəllif | Apa.Tv