Sərxoş sürücü zəncirvari qəzaya səbəb oldu
Ötən gecə Bakıda zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Suraxanı rayonunda dörd maşın toqquşub.
Sərxoş sürücünün törətdiyi qəza Yeni Günəşli qəsəbəsindəki Samir Cəfərov küçəsində qeydə alınıb.Yüksək sürətlə hərəkət edən VAZ-2107 markalı avtomobil əvvəlcə yol kənarında dayanan “Mercedes”ə çırpılıb. Zərbənin təsiri ilə “Mercedes” qarşıda park edilən “Opel” markalı digər maşına dəyib. VAZ-2107-nin sürücüsü qəza törətdikdən sonra da hərəkətini davam etdirmək istəyib. Lakin, o, idarəetməni itirdiyindən VAZ-2107 “Mercedes” markalı maşınla toqquşub.
Hadisə yerində gələn yol polisi və Post Patrul Xidmətinin əməkdaşları sərxoş sürücünü bölməyə dəvət ediblər.
Faktı Suraxani Rayon Dövlət Yol Polisi Şöbəsi araşdırır.