Güclü külək yanğına səbəb oldu
İmişli rayonunda yanğın hadisəsi baş verib. Hadisə rayonun Muradallı kəndində qeydə alınıb. Yanğın ərazidəki kol-kos sahələrdən başlayıb. Əsən güclü külək qısa müddətdə alovun yayılmasına səbəb olub. 3000 kv.m-lik ərazi və 7 ağac yanıb. APA TV-nin xəbərinə görə, hadisə yerinə dərhal İmişli rayon yanğından müahfizə xidmtəinin texniki və canlı qüvvəsi cəlb edilib. Alov məhdudlaşıdrılıb, digər ərazilərə keçməsinin qarşısı alınıb. Yaxınlıqda yerləşən içərisində taxıl, gübrə, plastik borular və digər əşyalar olan anbar yanğından mühafizə olunub. Hadisənin ərazidən keçən elektirk naqillərində baş verən qısa qapanmadan baş verdiyi bildirlir.