Bakıda ər 31 yaşlı arvadını qətlə yetirdi

Bakıda 31 yaşlı qadın qətlə yetirilib. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb. 33 yaşlı qəsəbə sakini Elsevər Şükürov həyat yoldaşı, 31 yaşlı Rəqsanə Şükürovanı qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.

 

Hadisəni törədən Elsevər Şükürov tutulub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv