Azərbaycanlı biznesmenin meyiti Volqa çayının dibindən tapıldı


Rusiyada Volqa çayının dərinliyindən 55 yaşlı azərbaycanlı iş adamının meyiti tapılıb. Hadisə çayın Volsk şəhərindən keçən hissəsində yaşanıb. Meyitin kimə məxsus aldığı da müəyyənləşib. Sərdarov Adilxan Alı oğlu 3 ay bundan əvvəl itkin düşüb. Vesti.az-ın məlumatına görə, azərbaycanlının meyitini çayda çimən yeniyetmə oğlanlar aşkar ediblər. Polisin araşdırmalarına görə, Adilxan Sərdarov bu ilin aprel ayının 24-də şəxsi avtomobilində çaya düşüb. Avtomobili onun özü idarə edib. Yan şüşə açıq vəziyyətdə olub. Ehtimal edilir ki, o, avtomobildən çıxmağa cəhd edib, lakin bu alınmayıb. Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Ölümün dəqiq səbəblərini isə məhkəmə tibbi ekspertizası təyin edəcək. Meyit hazırda morqdadır. Başqa ehtimallara görə isə, Adilxan Sərdarova qarşı sui-qəsd törədilib. Sonuncu dəfə mərhum öz avtoehtiyyat hissələri satılan mağazasından bir neçə nəfərlə çıxıb. Ölən iş adamı yerli Azərbaycan diaspor təşkilatının sədri Zəlimxan Sərdarovun qardaşıdır.

 

Müəllif | Apa.Tv
Apa.tv