Səlim Müslümov Qubada qəbul keçirib

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qubada vətəndaşları qəbul edib. APA TV-nin xəbərinə görə, qəbulda rayon sakinləri ilə yanaşı, Qusar, Xaçmaz, Şabran, Siyəzən  rayonlarının sakinləri də iştirak edib. Vətəndaşların müraciətlərində minik avtomobilləri və reabilitasiya vasitələri ilə təmin olunma, dövlət hesabına mənzillə təmin edilmək üçün növbəyə yazılma, əlilliyi olan şəxslərin bərpa-müalicəsinin təşkili, sosial xidmətə cəlb olunma, məşğulluğun təminatı, əmək hüquqlarının müdafiəsi və s. məsələlər əksini tapıb. Qəbul zamanı ünvanlı dövlət sosial yardımının, eləcə də əlillik dərəcəsinin təyin olunması barədə müraciət edən vətəndaşların sayı əvvəllərlə müqayisədə xeyli az olub. Səlim Müslümov dövlət hesabına mənzillə təmin olunmaq istəyənlərin rayon (şəhər) icra hakimiyyətlərində növbəyə götürüldüyünü deyib. Bildirib ki, bu ilin ötən dövründə müxtəlif bölgələrdə 118 əlil və şəhid ailəsinə mənzil verilib. Son 3 ayda artıq 1100 nəfər əlilliyi olan şəxs minik avtomobili ilə təmin olunub.

 

Nazir müraciətlərinə uyğun olaraq, bir sıra vətəndaşların məşğulluğunun təminatına köməklik göstərilməsi, ünvanlı yardım almaq və sosial xidmətə cəlb olunmaq hüququna baxılması, əlillik vəziyyətlərinin müəyyən olunması üçün müayinəyə cəlb edilməsi barədə tapşırıqlar verib. rayonlarından qəbula yazılmış vətəndaşlar həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Quba rayonuna aparılıb gətirilmələri təmin olunub.

 

Müəllif | Apa.Tv
Vəli Turan