Yeni döğulmuş əkizlərdən biri ölüb - DAHA BİR DOĞUŞ FACİƏSİ

Azərbaycanda daha bir yeni doğulmuş uşaq ölümü qeydə alınıb. İyulun 19-da 1990-cı il təvəllüdlü Aynur Səfərova doğuş üçün Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Atası Fikrət Səfərovun sözlərinə görə, yarımçıq doğulan əkizlər üçün xəstəxanada küveyz olmayıb. Küveyz tapıldıqdan sonra onu işlədə bilən həkimin Bərdədə olduğunu bildiriblər. Ailə Bərdədən həkim gətirtsə, də, problem həll olunmayıb.

Daha sonra Bakıya aparmaq üçün uşaqları atasına veriblər. Lakin bunun üçün hansısa təcili yardım avtomobili verilməyib. Əkizləri taksi ilə Bərdəyə, orada da həkim qəbul etmədiyi üçün Bakıya gətiriblər. Uşağın biri yolda dünyasını dəyişib. Bakıdakı həkimlər bildiriblər ki, uşaqlar vaxtında Bakıya çatdırılsaydı, ölüm faktı baş verməzdi.

 

Hazırda ananın vəziyyəti normaldır, xəstəxanadan çıxarılıb.

 

Ağdam Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Gülnar Abbasova isə APA-ya bildirib ki, Aynur Səfərovanın ailəsi məcburən, həkimlərin icazəsi olmadan uşaqları xəstəxanadan çıxarıb. Baş həkim xəstəxanada kuveyz olduğunu, uşaqların orada saxlandığını deyib. A.Səfərova hamiləliyi dövründə onların xəstəxanasında müalicədə olunmayıb: “Doğuşdan iki gün əvvəl ana qarpızdan zəhərlənmişdi. Ola bilər ki, ana zəhərləndiyi üçün də erkən doğuş olub” - deyə o, bildirib.

Müəllif | Apa.Tv
Apa.tv