ŞOK İDDİA: İsrail ordusu fələstinliləri oxla öldürür

İsrailin Qəzza sektoruna hücumları davam etdiyi bir dövrdə Hizbullahdan HAMAS-a maraqlı təklif gəlib. Hizbullahın baş katibi Həsən Nəsrallah  HAMAS-ın siyasi bürosunun üzvü Şefi Halit Meşala telefon söhbətində Fələstin xalqını dəstəklədiklərini bildirib, birgə mübarizə aparmağı təklif edib. Meşal cavabında azadlıq mübarizələrində müqavimət təşkilatlarının gücünə inandığını deyib.

APA TV-nin xəbərinə görə, "Amnesty International" təşkilatı Qəzzada baş verən hadisələrlə bağlı açıqlama yayıb. Təşkilat İsrail ordusunun mülki əhalinin sıx yaşadığı ərazilərdə təkcə ağ fosfor bombasından deyil, eyni zamanda tanklardan atılan minlərlə ölümcül oxdan istifadə etdiyini iddia edir. İsrailin ox istifadə etməsinin səbəbi evləri dağıtmadan, beynəlxalq ictimaiyətə fələstinlilərə verdiyi zərəri daha az göstərməklə daha çox insan öldürmək olduğu qeyd olunur.

Ümumilikdə 12 millimetrlik bir tank mərmisinin içində bu oxlardan 5-8 min olur. 4 santimetr uzunluğunda, itiuclu bu oxlar mərmi havada partladıqdan sonra  uzunluğu 100, eni 300 metr ərazidə yayılır.

Bu arada İsrail hərbi təyyarələri Qəzzanın Şecaiyyə bölgəsində hücumlardan qaçan mülki şəxsləri raket atəşikə tutub. Çoxu uşaq olmaqla 72 nəfər ölüb. Hücumlardan sonra İsrail Qızıl Xaç Beynəlxalq Komitəsinin Şecaiyyəyə 2 saatlıq daxil olmasına icazə verib. Ancaq atəş açılanda əşyalarını toplamaq üçün öz evlərinə gedən çox sayda insan da vurulub.

Əməliyyatların başladığı gündən bu yana Qəzzada 509 insan öldürülüb, 3.150 insan isə yaralanıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı