Babək prospektində “Mercedes” və “Toyota” toqquşub

Bakının Babək prospektində qəza baş verib. APA TV-nin məlumatına görə, qəzada “Toyota” və “Mercedes” markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerində Dövlət Yol Polisi İdarəsinin Nizami Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, qəzaya prospektdə sürət həddinin aşılması səbəb olub.  Hər iki avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla bağılı Dövlət Yol Polisi İdarəsinin Nizami Rayon Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv