Heydər Əliyev prospektində iki “BMW” toqquşub

Bakının Sabunçu rayonu, Heydər Əliyev prospektində qəza baş verib. APA TV-nin məlumatına görə, baş verən qəzada iki “BMW” markalı avtomobil toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Bir-biriləri ilə toqquşan maşınlar yol kənarındakı maniyəyə çırpıldıqdan sonra dura biliblər. Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəlib. Faktla bağlı Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv