Mətbuat prospektində baş verən qəzada sürücü xəsarət alıb

Bakının Yasamal rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Mətbuat prospektində qeydə alınıb. 38 yaşlı Natiq Əliyev idarə etdiyi “Chery” markalı avtomobillə 26 yaşlı Sakit Əliyevin idarə etdiyi “Mercedes” toqquşub. Zərbənin gücündən avtomobillər yarsız vəziyyətə düşüb. “Chery” markalı avtomobilin sürücüsü isə, başından xəsarət alıb.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları gəliblər. Qəza nəticəsində yolda avtomobillərin hərəkətində sıxlıq yaransa da, polis hərəkəti tənzimləyib. İlkin ehtimala görə, qəzaya “Chery” markalı avtomobilin işıqforun qırmızı işığında keçməsi səbəb olub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində arşadırma aparılır.

Müəllif | Apa.Tv