Sabunçuda nasaz maşın qəza törədib

Bakının Sabunçu rayonunda nasaz maşın qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektində, metronun “Koroğlu” stansiyasının yaxınlığında baş verib. Əyləci nasaz olan “Mercedes” öncə yol kənarındakı dəmir maniyələrə çırpılıb, daha sonra prospektlə hərəkət edən “KİA”nı vurduqdan sonra dura bilib. Qəza zamanı “Mercedes”ə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblər. Prospektdə sıxlıq yarandığından avtomobillər evakuator vasitəsi ilə hadisə yerində uzaqlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv