Quldur dəstəsi yaradaraq bacısının evinə basqın edən gənc yaxalanıb

Şirvan sakininin evinə quldur basqını edən şəxlər yaxalanıb. Rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, iyulun 11-də naməlum şəxslər Əliyev Vahid Abdulla oğluna məxsus evə quldur basqını ediblər. 2 basqınçı ailə üzvlərinə zor tətbiq etməklə 6 min manat nağd pul, 5 min manat dəyərində qızıl-zinət və digər qiymətli əşyaları evdən götürərək aradan çıxıblar. Aparılan əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, evə basqın edənlər, Şirvan sakinləri 1989-cu il təvəllüdlü  Əlizamin Əmənov və onun tanışı 1988-ci il təvəllüdlü Etibar Həsənovdur. Onlar qabaqcadan əlbir olaraq əvvəlcə Əlizamin Əmənovun kürəkəni Vahid Əliyevin mənzilinin elektrik enerjisini kəsiblər.

 

Faktla bağlı Şirvan rayon Polis Şöbəsində cinayət işi başlanıb.  

 

Müəllif | Apa.Tv
Apa.tv