Ucarda narkotik becərən iki qonşu tutuldu

Ucar rayonunda narkotik tərkibli bitki əkib-becərən şəxslər saxlanılıb. Rayon Polis Şöbəsindən APA-TV-nin  yerli bürosuna verilən məlumata görə, şöbəyə daxil olmuş məlumat əsasında 1963-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rahil  Hüseynovun evinə və həyətyanı sahəsinə baxış keçirilib. Polis əməkdaşları həyətyanı sahədən 84 ədəd çətənə kolu, evdən kibrit qutusunun içərisindən 24 ədəd çətənə kollarının toxumları, həyətdə olan avtomobil təmir sexindən isə 3 ədəd siqaret qutularının içərisindən, ümumi çəkisi 48,5 qram qurudulmuş marixuana aşkar edərək götürüblər. Rahil Hüseynovun qonşusu, 1964-cü il təvəllüdlü Rövşən Məcidovun həyətyanı sahəsinə baxış keçirilərkən oradan 7 ədəd çətənə kolu aşkar edilib. Hər iki şəxs saxlanılaraq istintaq bölməsinə təhvil verilib. Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Müəllif | Apa.Tv
Zahid Abışov